CƏMİYYƏT


Gömrük orqanına düzgün bəyan olunmayan tekstil məmulatları aşkarlanıb

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin "Beynəlxalq dəniz ticarət limanı" gömrük postuna Türkmənistandan tekstil məmulatlarının yükləndiyi "Fikrət Əmirov" adlı gəmi daxil olub. Türkmənistan istehsalı olan 1853 kiloqram çəkidə 15 min kvadratmetr və 3 min kiloqram çəkidə 20 min kvadratmetr həcmdə tekstil məmulatları "Arçın KM" MMC-nin ünvanına göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır