CƏMİYYƏT


Novxanıda istixanada çətənə kolları aşkarlanıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında həyata keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində Novxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Taleh Ağayev saxlanılıb. Onun qəsəbə ərazisindəki həyətyanı sahəsində yerləşən istixanaya baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən 252 çətənə kolu aşkarlanaraq götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır