CƏMİYYƏT


Qurban bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində əlavə qatar təyin ediləcək

Qurban bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etmək məqsədilə avqustun 10-13-də əlavə qatar təyin olunacaq. “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsindən AZƏRTAC-a bildirilib ki, Bakıdan avqustun 10-da 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı bir istiqamətə təyin edilir. Qatar Bakıdan saat 07:40-da yola düşəcək və saat 11:55-də Gəncəyə çatacaq.