CƏMİYYƏT


Aeroport yolunda sürət həddi aşağı salına bilər – TƏKLİF

Xanım Nağıyeva, müxbir 

“Son vaxtlar aeroport yolu adlanan bu avtomagistralda ölümlə nəticələnən yol qəzalarının sayı artıb. Bunu nəzərə alaraq Bakı Nəqliyyat Agentliyi bu yolda bir-sıra dəyişikliklər etməyi planlaşdırır. Bu dəyişikliklərdən ən mühümü isə sürət həddinin saatda 120 km-dən 110 km-ə enidirilməsidir”.

Mais Ağayev, BNA-nın mətbuat xidmətinin rəhbəri  

“Heydər Əliyev prospektində həddindən az sürətlə hərəkət etməklə başqa nəqliyyat vasitələri üçün maneə yaradan sürücülərin məsuliyyətə cəlb edilməsi məqsədi ilə zolaqlar üzrə hərəkət sürətinin aşağı və yuxarı hədlərinin müəyyən edilməsi üçün təkliflər üzərində iş aparılmaqdadır. Aparılan təhlillər nəticəsində bir-neçə problem müəyyənləşdirilib. Bunlardan biri sürücülərin ara məsafəsini gözləməməsi, zolaqlar üzrə sürət həddinə əməl edilməməsi, Heydər Əliyev prospekti, Böyükşor və Sabunçu qovşaqları arasında olan ayrıcı zolaqda xüsusi sədlərin olmamasıdır, hansı ki, yol-nəqliyyat hadisəsi baş verən zaman nəqliyyat vasitəsi digər hərəkət istiqamətinə çıxır və bunun nəticəsində qəzaların fəsadları daha ağır olur. Bu cür problemlər müəyyənləşdirilib və onların həlli ilə bağlı təkliflər hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub”.

Sürücülərin ara məsafəsini gözləməsi üçün xarici təcrübədən də istifadə olunacaq. Yolda “şevron” tipli yol nişanlanmasının tətbiq edilməsi, həmçinin sürücülərin yol hərəkəti qaydalarına riayət etməsi məqsədilə prospekt boyu maarifləndirici məlumat lövhələrinin yerləşdirilməsi də təkliflərə daxildir.