CƏMİYYƏT


“Sədərək” Ticarət Mərkəzindəki yanğının söndürülməsində polislər də iştirak ediblər

Avqustun 4-də Qaradağ rayonundakı “Sədərək” ticarət mərkəzinə məxsus anbarlardan birində baş verən yanğının söndürülməsində polis əməkdaşları da fəal iştirak ediblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanğının qarşısı alınan zaman və sahibkarların məxsus malların hadisə yerindən çıxarılmasında polis əməkdaşları da vətəndaşlara yaxından köməklik ediblər. Xilasetmə zamanı polis əməkdaşlarından da bir neçəsi tüstüdən zəhərlənib.