CƏMİYYƏT


Cəlilabadda iribuynuzlu mal-qaraları oğurlayan şəxslər saxlanılıblar

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən növbəti uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində silsilə mal-qara oğurluqları törədən dəstə üzvləri saxlanılıblar. Belə ki, rayonun Günəşli kənd sakini Vaqif Həsənov polis şöbəsinə müraciət edib ki, ona məxsus 6 baş camışın kəndin “Mahmudçala” adlanan ərazisində naməlum şəxslər tərəfindən oğurlandığını bildirib. Cəlilabad RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Biləsuvar Rayon sakinləri Fəday Ağayev və Şəmistan Nəhmətov saxlanılıblar. Araşdırma zamanı oğurlanan iribuynuzlu mal-qaranın dəstə üzvləri tərəfindən Cəlilabad rayon sakini Əlixas Hüseynova məxsus yük maşını ilə Bərdə rayonunda yerləşən mal bazarına aparıb satdıqları məlum olub.