CƏMİYYƏT


Hava limanı istiqamətində sürət həddi endirilib

Hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar yollarda təhlükəsizlik tədbirləri görülür. Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, Heydər Əliyev prospekti- hava limanı və Zığ dairəsi- hava limanı avtomagistrallarında bütün hərəkət zolaqlar üzrə sürət həddi saatda 20 kilometr endirilib.