CƏMİYYƏT


Qubada atasının 47 min dollarını oğurlayan gənc saxlanılıb

Qubada öz yaşadığı evdən oğurluq edən gənc saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Qubanın Vladimirovka kənd sakini Kərim Əlişanov rayon polis şöbəsinə (RPŞ) müraciət edərək, ona məxsus fərdi yaşayış evindən 47 min ABŞ dollarının naməlum şəraitdə oğurlandığı barədə məlumat verib.

Məlumatla əlaqədar RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb və hadisə yerinə baxış keçirilib. Peşəkarlıqla aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində pulların zərərçəkənin oğlu, 18 yaşlı Röyal Əlişanov tərəfindən oğurlandığı məlum olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır