CƏMİYYƏT


Paytaxt sakinindən mobil telefon və pul oğurlayan şəxs saxlanılıb

Nizami rayonunda yerləşən ticarət mərkəzlərinin birindən paytaxt sakini Coşqun Əsgərovun cibindən mobil telefon və pulu oğurlayan şəxs saxlanılıb. Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş Ələkbər Məmmədov tutularaq istintaqa təqdim edilib. Polis idarəsində onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd “Vzor 70” markalı tapança, həmin tapançaya məxsus daraq və  2 ədəd patron da aşkar olunaraq götürülüb.  Ə.Məmmədov silah-sursatın ona məxsus olduğunu və bir neçə ay əvvəl əldə etdiyini bildirib.