CƏMİYYƏT


Qurbanlıq heyvanları harada kəsmək olar?

Qurban Bayramı günlərində heyvanların kəsimi və satışı aidiyyəti dövlət orqanlarının müəyyən etdiyi yerlərdə həyata keçirilməli, sanitariya-gigiyena tələblərinə uyğun olmayan küçə, yol kənarları, məhəllələr, parklar və digər ictimai yerlərdə heyvan kəsimi və satışı, eyni zamanda, baytarlıq arayışı olmadan iri və xırdabuynuzlu heyvanların daşınması yolverilməzdir. Heyvan kəsimi üçün ölkə üzrə 44 stasionar və 30 çadır tipli kəsim məntəqəsi vətəndaşların ixtiyarına veriləcək.