CƏMİYYƏT


Xızıda yaşlı qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisindəki evlərin birində yaşlı qadına qarşı soyğunçuluq etməklə 950 manat pulu ələ keçirən Bakı şəhər sakini, 37 yaşlı Anar Cəfərovu saxlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib.