CƏMİYYƏT


Qohumlarının evindən oğurluq edən şəxs saxlanıldı

Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayonun Təngəaltı kənd ərazisində yerləşən iki yaşayış evindən oğurluq edən şəxsi saxlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba Regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, araşdırmalarla həmin şəxsin Təngəaltı kənd sakini, 24 yaşlı Qalib Orucəliyev olduğu müəyyənləşdirilib. Dindirilmə zamanı həmin şəxs törətdiyi oğurluq hadisələrini etiraf edib. Araşdırmalar zamanı məlum olub ki, Q.Orucəliyev qohumlarının kənd ərazisində keçirilən toy mərasimində iştirak etməsindən istifadə edərək, onların evlərindən pul və qızıl-zinət əşyaları oğurlayıb.