CƏMİYYƏT


Xaçmazda maşın 35 yaşlı qadını vurub

Avqustun 7-si Xaçmaz şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə günorta saatlarında Nəriman Nərimanov küçəsində qeydə alınıb. Qəza zamanı “99 FT 859” dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobil piyada Xaçmaz rayonu Qobuqırağı kənd sakini, 1986-cı il təvəllüdlü Fərqanə Pənahovanı vurub.