CƏMİYYƏT


Qubada köməksiz vəziyyətdə tapılan şəxsin yaxınları axtarılır

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba rayon Polis Şöbəsinin Post Patrul Xidməti bölüyünün əməkdaşları gecə saatlarında rayon ərazisində xidmət aparan zaman köməksiz vəziyyətdə olan bir nəfər şəxsin olduğunu görüblər.

Həmin şəxsin üzərində heç bir sənədin olmadığından və özü haqqında məlumat verə bilmədiyindən polis əməkdaşları onu Polis Şöbəsinə gətiriblər. Hazırda həmin şəxsin yaxınları axtarılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır