CƏMİYYƏT


Doxsan doqquz yaşlı Bərdə sakininə ilk dəfə şəxsiyyət vəsiqəsi təqdim edilib

Bərdə rayonunun Mirzəxan Qaraqoyunlu kənd sakini 99 yaşlı Mustafayeva Tuyğun İmran qızına ilk dəfə olaraq şəxsiyyət vəsiqəsi verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bərdə “ASAN xidmət” mərkəzinə müraciət etmiş 99 yaşlı sakinə şəxsiyyət vəsiqəsi onun yaşadığı evdə təqdim edilib.