CƏMİYYƏT


Qurban bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində əlavə qatar təyin edilib

Qurban bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etmək məqsədilə avqustun 13-də əlavə qatar təyin olunub. “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsindən AZƏRTAC-a bildirilib ki, Bakıdan avqustun 13-də 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı bir istiqamətə təyin edilir. Qatar Bakıdan saat 07:40-da yola düşəcək və saat 11:55-də Gəncəyə çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır