CƏMİYYƏT


Azərbaycan məscidlərində bayram namazı qılınıb

Qurban bayramı ilə əlaqədar Azərbaycanın məscidlərində bayram namazı qılınıb. Yüz minlərlə insan məscidlərə axışaraq namaz qılıb, dualar edib, Allahdan bağışlanmalarını diləyib. Həmçinin Azərbaycanın ərazi bütövlüyünün bərpası, ölkəmizin ən ağrılı yarası olan Dağlıq Qarabağ probleminin tezliklə həlli, ordumuzun torpaqlarımızı düşmən işğalından azad etməsi üçün dua edilib.