CƏMİYYƏT


Qusar rayonunun Çiləgir kəndindən olan şəhid ailəsinə 11 min manat məbləğində birdəfəlik ödəmə edilib

Prezident İlham Əliyevin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Fərmanına əsasən Ağaverdiyevlər ailəsinə də 11 min manat məbləğində birdəfəlik ödəmə edilib. Bundan əlavə, şəhid ailəsi aylıq 300 manat məbləğində Azərbaycan Prezidentinin təqaüdü ilə təmin olunub.