CƏMİYYƏT


Qusarda avtomobil boruya çırpıldı, iki kənd qazsız qaldı

Qusar rayonunda qəzaya uğrayan minik avtomobili Balaqusar və Həsənqala kəndləri istiqamətində istismarda olan qaz xəttini zədələyib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, avqustun 13-ü axşam saatlarında 10-VU-027 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində əvvəlcə elektrik dirəyinə sonra isə qaz xəttinə çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Amma qaz xəttinin ciddi zədələnməsi səbəbindən kəndlərdə ümumilikdə 615 abonentin “mavi yanacaq”la təhcizatında fasilə yaranıb.