CƏMİYYƏT


Qutab, balıq, kabab və başqa təamları dada gətirən sumaq belə hazırlanır

Süfrələrə bəzək, yeməklərə xüsusi dad verən sumaq avqust ayında toplanır. Qutab, lülə-kabab, balıq, qızardılmış ət və digər təamları sumaqla yeməyi xoşlayanların əksəriyyəti bu ədviyyatın necə hazırlanmasından xəbərsizdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sumaq ağacının meyvələri budaqların uc hissəsindəki zoğlarda salxım şəklində olur. Yetişən xırda meyvələr qırmızı rəngə çalır. Yazlıq və payızlıq növü olan sumağın xüsusi yığılma və emal qaydaları var.