CƏMİYYƏT


Qubada toy karvanı qəzaya düşdü

Avqustun 17-də Qubada toy karvanının tərkibində hərəkətdə olan nəqliyyat vasitəsinin qəzaya uğraması bir nəfərin xəsarət alması ilə nəticələnib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bakı-Quba yolunda baş verən hadisə zamanı rayon sakinləri Bəhruz Süleymanov və Rasim Aydəmirovun idarə etdikləri “VAZ 2107” markalı avtomobillər toqquşub. Qəzada B.Süleymanovun avtomobilində olan həyat yoldaşı yüngül xəsarətlər alıb.