CƏMİYYƏT


Cəlilabadın sovet hakimiyyəti dövründə köçürülən 28 kəndinin xəritəsi hazırlanıb

Tarixçi Ələsgər Mirzəyev ötən əsrin 50-ci illərində sovet hakimiyyəti dövründə Cəlilabadın köçürmə siyasətinə məruz qalan 28 kəndinin xəritəsini hazırlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölkəmizin cənub rayonlarının sərhədyanı ərazilərdəki kəndlərinin köçürülməsi barədə qərar 1944-cü ildə qəbul olunsa da, bu iş 1952-1953-cü illərdə həyata keçirilib.