CƏMİYYƏT


Şabranda yanğın nəticəsində 3 nəfər tüstüdən zəhərlənib

Avqustun 20-də Şabran şəhərində dördmərtəbəli yaşayış binasının elektrik şəbəkəsində baş verən yanğın nəticəsində 3 nəfər tüstüdən zəhərlənib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanğın nəticəsində binanı qatı tüstü bürüdüyündən sakinlər dərhal təxliyə olunub.
Hadisə yerinə Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi, eləcə də Şabran Rayon Mərkəzi Xəstəxanasının təcili-tibbi yardım briqadaları cəlb edilib.