CƏMİYYƏT


Əcnəbi könüllülər “ASAN xidmət”də

Avqustun 18-dən etibarən Türkiyə, Nigeriya, Maldiv, Liberiya, Əfqanıstan, Gürcüstandan olan gənclər “ASAN xidmət” mərkəzlərində könüllü kimi fəaliyyətə başlayıblar. Layihə “ASAN xidmət”, “ASAN Könüllülük” Məktəbinin “Yaşıl ASAN” proqramı, BMT-nin İnkişaf Proqramı və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə həyata keçirdiyi “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakını təmin etmək üçün yeni əsasların yaradılması” layihəsi və Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Səfirlər təşəbbüsünün birgə dəstəyi ilə həyata keçirilir.