CƏMİYYƏT


Hirkan Milli Parkında yanğının söndürülməsinə FHN-in “BE 200 ÇS” amfibiya təyyarəsi cəlb olunub

Hirkan Milli Parkında dağlıq zonada baş vermiş yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi cəlb olunub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanğının söndürülməsi məqsədilə nazirliyin Aviasiya dəstəsinin iki helikopteri də dünəndən ərazidə fəaliyyətdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır