CƏMİYYƏT


Prokurorluq orqanlarına qulluğa qəbulla əlaqədar müsabiqənin yazılı imtahan mərhələsi keçirilir

Avqustun 21-də Bakı İdman Sarayında prokurorluq orqanlarında işləmək arzusunda olan namizədlər üçün vakant ştat vahidləri üzrə Baş Prokurorluq tərəfindən elan edilmiş müsabiqənin yazılı imtahan mərhələsi keçirilir.
Prokurorluq orqanlarında işə qəbul Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq təşkil edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır