CƏMİYYƏT


Tərtərin düşmənlə üz-üzə məğrur dayanan kənd - Borsunludan reportaj

Borsunlu kəndi Tərtər rayonunun təmas xəttinə ən yaxın məsafədə yerləşən yaşayış məntəqələrindəndir. Yüksək olmayan dağ silsiləsinin əhatəsində və İncə çayının sahilində düzənlikdə yerləşən bu kənd Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü başlayandan düşmən qarşısında məğrur dayanıb. Düşmənə qarşı igidliklə döyüşən kənd sakinlərindən 6 nəfəri şəhid olub. İşğal altında olan Talış kəndinin yaxınlığında yerləşən Borsunlu vaxtaşırı düşmənin atəşinə məruz qalsa da, bu, yurda, torpağa bağlı kənd sakinlərini qorxutmur. Kənddə həyat öz axarı ilə davam edir.