CƏMİYYƏT


Yay istirahət düşərgəsinin iştirakçıları Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib

Qubada şəhid ailələrinin, müharibə əlilləri və iştirakçılarının, müharibə veteranlarının, həmçinin 20 Yanvar şəhidlərinin ailə üzvləri olan yeniyetmə və gənclərin cəlb olunduğu bir həftəlik düşərgəyə yekun vurulub. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Vətən bizə əmanətdir” yay istirahət düşərgəsində 100 nəfər yeniyetmə və gənc iştirak edib.