CƏMİYYƏT


Xaçmazda reyd zamanı qayda pozan 35 sürücü inzibati qaydada cəzalandırılıb

Xaçmazda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə keçirilən reyd zamanı qayda pozan 35 sürücü barəsində inzibati cəza tədbirləri görülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, reyd Xaçmaz Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən Gəndov-Yalama yolunun Xaçmaz şəhəri ərazisindən keçən hissəsində təşkil olunub.