CƏMİYYƏT


On səkkiz aydır Quba Rayon Mərkəzi Xəstəxanasında yaşayan Rusiya vətəndaşı vətəninə yola salınacaq

On səkkiz aydır Quba Rayon Mərkəzi Xəstəxanasında yaşayan Rusiya vətəndaşı yaxın günlərdə vətəninə yola salınacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 64 yaşlı Viktor Seryakov xəstəxanaya 2017-ci ilin noyabr ayında təcili-tibbi yardım maşını ilə gətirilib. Tibb müəssisəsində müayinə zamanı onun gözlərinin görmədiyi, bədəninin müxtəlif nahiyələrində yaraların olduğu və bir sıra xəstəliklərə yoluxduğu müəyyənləşib.