CƏMİYYƏT


Xaçmazda “Amerika ağ kəpənəyi”nə qarşı mübarizə aparılır

Xaçmaz rayonunun təsərrüfatlarında xüsusi təhlükəli zərərvericilərdən sayılan “Amerika ağ kəpənəyi”nin ikinci nəslinə qarşı mübarizə aparılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Respublika Bitki Mühafizəsi Mərkəzinin əməkdaşları artıq 70 hektar ərazidə mübarizə tədbirlərini həyata keçiriblər.