CƏMİYYƏT


İsmayıllının Tircan kəndində yanğın baş verib

Bu gün səhər İsmayıllı rayonunun Tircan kəndində kənd sakini Fəzail Məmmədova məxsus evdə və tövlədə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin İsmayıllı yanğından mühafizə hissəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hadisə yerinə 3 yanğınsöndürən maşın və 21 nəfərlik canlı qüvvə göndərilib. Yanğınsöndürənlərin səyi nəticəsində alovun ətraf ərazilərə yayılmasının qarşısı alınıb.