CƏMİYYƏT


Azərbaycanın hərbi orkestri “Spasskaya başnya” beynəlxalq hərbi-musiqi festivalında çıxışlarını davam etdirir

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin hərbi orkestri və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblı Moskvada keçirilən XII beynəlxalq hərbi-musiqi festivalında çıxışlarını davam etdirirlər.
Festivalın növbəti günü hərbiçilərimiz çıxışlarına əvvəlcə milli hərbi marşlarla başlayaraq Azərbaycan xalq musiqi nümunələrini də izləyicilərə nümayiş etdiriblər.
Xalq çalğı alətlərimiz - zurna və balabanın sədaları altında, milli geyimlərdə  rəqsləri ifa edən hərbçilərimiz yerli və xarici tamaşaçıların rəğbətini qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır