CƏMİYYƏT


Yol polisi reyd keçirib - Sərxoş sürücülər saxlanılıb

Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxtın müxtəlif küçə və prospektlərində gecə saatlarında kobud qayda pozuntuları törədən sürücülərin aşkarlanması məqsədilə növbəti maarifləndirici-profilaktik tədbir keçiriblər.
Tədbir zamanı bir neçə sərxoş sürücü aşkarlanıb, həmçinin yol polisinə tabe olmayan, avtoxuliqanlıq edən, çoxavazlı səs siqnalları, səs boğucular, sayrışan işıqlar və qanunla qadağan olunan digər əlavə avadanlıqlar quraşdırılan, eləcə də konstruksiyasında dəyişiklik edilən 20-yə yaxın sürücü müəyyən olunub. Həmin şəxslərə protokollar tərtib olunub, müvafiq tədbirlər görülüb.