CƏMİYYƏT


İşlədiyi fermadan 24 baş xırdabuynuzlu heyvan oğurladı

Zərdabda işlədiyi fermadan xırdabuynuzlu heyvan oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb. Rayonun Körpükənd kənd sakini Rusif Məmmədov DİN-nin “102 xidməti zəng mərkəzi”nə və Zərdab rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, avqustun 24-də ona məxsus fermer təsərrüfatından 24 baş xırdabuynuzlu heyvanının oğurlandığı barədə məlumat verib.
Zərdab rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Körpükənd kəndi ərazisindəki fermer təsərrüfatından 24 baş xırdabuynuzlu heyvanı oğurlamaqda şübhəli bilinən şəxs - rayonun Allahqulubağı kənd sakini 1992-ci il təvəllüdlü Əşrəf Mahmudov saxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır