CƏMİYYƏT


Narkotik maddələr satan Quba sakini saxlanılıb

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Amsar kənd sakini, 28 yaşlı Şahin Süleymanov saxlanılıb.
DİN mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, axtarış zamanı onun üzərindən sellofan torbada 420 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.