CƏMİYYƏT


Məktəbli formalarının qiymətlərində dəyişiklik yoxdur

Yeni tədris ilində vahid məktəbli formalarında dəyişiklik olmayacaq. Bu dəyişiklik 2020-2021-ci tədris ilindən tətbiq olunacaq. Vahid məktəbli formalarının  istehsalını və satışını həyata keçirən Bakı Tikiş Evinin satış şöbəsinin müdiri Etibar Əzimov deyir ki, yeni qərar hazırda istifadədə olan formaların satışına müəyyən qədər təsir göstərib. Dəst halda satılan vahid məktəbli formasına maraq azalıb.

Etibar Əzimov,  BTE-nin satış şöbəsinin müdiri

Hər kəs deyir ki, biz alırıq, 2-3 il geyinirik, əgər gələn il forma dəyişirsə nəyə görə almalıyıq. Ona görə, bizim böyük satışımız yoxdur. Çox tikmədik, çünki dəst halda kostyum alan çox azdır.  Hər kəs bu ili birtəhər yola vermək istəyir ki, gələn il təzə forma alsın.

Bakı Tikiş Evi vahid məktəbli formalarının keyfiyyətinə bir il zəmanət verir. Qiymətlər isə dəyişməyib

Etibar Əzimov,  BTE-nin satış şöbəsinin müdiri

40 manat aşağı, 1-6-cı sinif üçündür, 7-11-ci sinif üçün 46 manatdır.  Köynək 26-dan 54 ölçüyə kimi 8 manatdır. Tək halda, cəm halda almaq mümkündür, tək şalvar olsun, pencək olsun, kiməsə köynək lazımdır, kiməsə ətək lazımdır, kim nə istəyir onu da ala bilər.

2020-2021-ci tədris ilindən tətbiqi nəzərdə tutulan vahid məktəbli formalarının dizaynerlər tərəfindən ilkin variantı hazırlanır.  Təhsil Nazirliyində bununla bağlı İşçı Qrupu yaradılıb. Yeni məktəbli formasının dizayn layihəsi ictimai rəyə çıxarılacaq, bu zaman valideyn, müəllim və şagirdlərin rəyinə üstünlük veriləcək.