CƏMİYYƏT


Yeni səfir hər kəsi Azərbaycanca salamladı

Britaniyanın ölkəmizdəki yeni səfiri Ceyms Şarp hər kəsi Azərbaycanca salamladı. Diplomat Şəhidlər Xiyabanında edilən müraciətdə iki ölkə arasındakı əlaqələrdən, Azərbaycanın zəngin mədəniyyətə malik olmasından danışıb. Səfir Şarp Azərbaycan dilini öyrənmək üçün aprel ayında gələrək beş həftə Gəncə və Bakıda olub.