CƏMİYYƏT


Elektrik naqili oğurlamaq istəyərkən iş başında yaxalandı

Sabunçu rayonu Zabrat dəmir yolu stansiyasının ərazisində oğurluq edilib. Hadisə zamanı naməlum şəxs stansiyanın ümumilikdə 300 metr elektrik naqilni oğurlayıb. Sabunçu Xətt Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Mail Əliyev saxlanılıb. O, ifadəsində hadisəni törətdiyini etiraf edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır