CƏMİYYƏT


Şamaxıda baş vermiş zəlzələnin fəsadları dövlətimizin başçısının sərəncam və tapşırıqlarına əsasən aradan qaldırılır

Fövqəladə Hallar Nazirliyi bu il fevralın 5-6-da Şamaxında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərlə bağlı sentyabrın 5-də jurnalistlər üçün bu rayona media-tur təşkil edib.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, jurnalistlər tikintisi başa çatan, hazırda tikilən və inşasına yeni başlanan fərdi və ictimai yaşayış binalarında olublar.