CƏMİYYƏT


Xızı sakinindən silah və döyüş sursatı götürüldü

Xızı Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayon ərazisində qanunsuz odlu silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən Giləzi qəsəbə sakini Elxan Abbasovu saxlayıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, hal şahidlərinin iştirakı ilə onun qəsəbə ərazisində yaşadığı fermaya keçirilən baxış zamanı oradan bir ədəd əl qumbarası, bir ədəd partladıcı, bir ədəd AK-74 markalı avtomat, 56 ədəd patron və iki ədəd sandıqca aşkar edilərək götürülüb.