CƏMİYYƏT


Ağcabədi rayonunda hərbi hissədə əsgər və zabitlərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Ağcabədi rayonu ərazisindəki N nömrəli hərbi hissədə əsgər və zabitlərlə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə Azərbaycan Respublikası Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov, Milli Məclisin deputatları Bəxtiyar Sadıqov, Bəxtiyar Əliyev, Tahir Rzayev, Rauf Əliyev, Ağcabədi və Laçın Rayon İcra hakimiyyətlərinin başçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər.