CƏMİYYƏT


Nəsimi polisi narkotik vasitələrin satışı ilə məşğul olan keçmiş məhkumu saxlayıb

Narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan, əvvəllər məhkum edilmiş paytaxt sakini İlkin Yusufov Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəxsi axtarış zamanı ondan 0,318 qram heroin aşkar edilərək götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq İ.Yusufovun Nəsimi rayonu ərazisində yaşadığı evə baxış zamanı oradan 104,815 qram heroin və 5,292 qram metamfetamin aşkarlanaraq götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs narkotik vasitələri satış məqsədilə əldə edərək özündə saxlayıb.