CƏMİYYƏT


İmişlidə ağır yol qəzası baş verib, ölənlər var

İmişli rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun İmişli-Cəfərli-Əliqulular avtomobil yolunun Əliqulular kəndindən keçən hissəsində baş verib.
Qəza zamanı "Opel" markalı minik avtomobili yoldan çıxaraq su kanalına düşüb. Hadisə nəticəsində avtomobildə olan 5 nəfərin öldüyü bildirilir.