CƏMİYYƏT


Aşura günü Qubada keçirilən humanitar aksiyada 150-dən çox könüllü qan verib

Sentyabrın 10-da Qubada hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə təşkil olunan aksiyada 150-dən çox könüllü donordan qan götürülüb. Mərkəzi Qan Bankının Quba bölməsində təşkil olunan qanvermə aksiyası səhər saatlarından başlayıb. Xüsusi tibb briqadasının həkim-hematoloqları rayon mərkəzi xəstəxanasının tibb heyəti ilə birgə donorları müayinə etdikdən sonra onlardan qan götürüblər.