CƏMİYYƏT


Novxanıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb

DİN-in mətbuat xidmətindən bildiriblər ki, Abşeron rayonu Novxanı qəsəbəsində keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini İsrafil Aslanov tutulub. Onun yaşadığı evin yardımçı otaqlarından birinə baxış zamanı xüsusi qulluq edilərək yetişdirilən çətənə kolları və ümumi çəkisi 4 kiloqram 35,483 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs narkotik vasitələrin ona məxsus olduğunu bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır