CƏMİYYƏT


Qubada keçirilən beynəlxalq simpoziuma beş ölkədən 50-yə yaxın alim qatılıb

Sentyabrın 13-də Quba Soyqırımı Memorial Kompleksində işinə başlayan “Tarixi Yerlər və Abidələr” I Beynəlxalq Quba Simpoziumunda beş ölkədən 50-yə yaxın alim və tədqiqatçı iştirak edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün davam edəcək simpozium Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Quba Soyqırımı Memorial Kompleksi, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Gürcüstan Qafqaz İrs Araşdırma İnstitutunun birgə təşkilatçılığı ilə keçirilir.