CƏMİYYƏT
Polis Akademiyasına qəbul olunmuş kursantların andiçmə mərasimi keçirilib
14.09.2019 [16:14]
Bu il Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasına qəbul olunmuş və ilkin hərbi hazırlığı başa vurmuş kursantların sentyabrın 14-də andiçmə mərasimi keçirilib. Mərasimdə Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev çıxış edərək respublikanın daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun təbrikini və ən xoş arzularını tədbir iştirakçılarına çatdırıb. Nazim Əliyev əminliyini bildirib ki, bu gün and içən hər bir gənc öz şəxsi nümunəsi ilə polisin cəmiyyətdəki nüfuzunun daha da artmasına çalışacaq, onun şanlı ənənələrinə layiq olacaq, etimadı və inamı doğruldacaq. Sonra Polis Akademiyasına qəbul olunmuş və ilkin hərbi hazırlığı başa vurmuş kursantlar polis andını içiblər.
18.03.2024 [20:30]
18.03.2024 [02:30]
18.03.2024 [00:24]
18.03.2024 [00:13]
18.03.2024 [00:10]
18.03.2024 [22:02]
18.03.2024 [22:00]
18.03.2024 [21:55]
18.03.2024 [21:46]
19.03.2024 [16:03]
19.03.2024 [14:20]
06.03.2024 [16:08]
15.03.2024 [13:32]
14.03.2024 [19:40]
14.03.2024 [18:17]