CƏMİYYƏT


Finlandiyadakı Azərbaycan diaspor rəhbərləri bu ölkənin parlamentində olublar

Finlandiya Patlamentinin 100 illik yubileyi münasibəti ilə “açıq qapı” günü keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə yerli sakinlərlə bərabər, xarici vətəndaşlar və diaspor təşkilatlarının nümayəndələri də iştirak edib.
Tədbirdə iştirak edən Avropa Azərbaycanlıları Konqresinə (AAK) üzv olan diaspor təşkilatları - Finlandiya Azərbaycan Assosiasiyası və Finlandiya Azərbaycan Gənclər Birliyi (FAGBT) təşkilatının həmsədrləri parlamentin bir sıra deputatları ilə göruşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır