CƏMİYYƏT


Ədliyyə Nazirliyinin İcra Baş idarəsinin nümayəndə heyəti Parisdə təlim səfərindədir

Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanın icrası üzrə tədbirlər davam etdirilir. Bununla əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin nümayəndə heyəti Fransada təlim səfərindədir.
AZƏRTAC xəbər verir ki, təlim səfərinin əsas məqsədi Fransada məhkəmə qərarlarının icrasının özəl sistemi ilə tanış olmaqdır. Nümayəndə heyəti Fransa İcra Məmurları Milli Palatasının vitse- prezidenti Patrik Safar, Beynəlxalq İcra Məmurları İttifaqının (UİHJ) prezidenti Mark Şmitz və İttifaqın birinci vitse-prezidenti Metyu Şardon ilə görüşlər keçirib.